BAKI, 9 yanvar. TELEQRAF

Rəşt–Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün məsələləri, o cümlədən layihə üçün torpaq sahələrinin alınması mart ayının sonunadək həll olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, layihə üçün torpaq sahələrinin alınması istiqamətində ciddi irəliləyiş əldə olunub. Artıq 100 kilometrlik ərazi tikinti üçün ayrılıb.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Fars körfəzi limanlarına fasiləsiz tranziti təmin etmək məqsədilə 160 kilometrlik Rəşt–Astara dəmir yolu xəttinin birgə tikintisi barədə razılığa gəliblər. Layihənin ümumi dəyəri 1,6 milyard avro həcmində qiymətləndirilir. Dizayn, tikinti və mal və xidmətlərin tədarükü Moskva və Tehran tərəfindən birgə maliyyələşdiriləcək.