BAKI, 12 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 15,4 milyon ton yük, 9 milyon 232,8 min sərnişin daşınıb.
Teleqraf bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,3 faiz azalma, sərnişin daşınmasında isə 20,3 faiz artım müşahidə olunub.
Hesabat dövründə dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi 415,9 min km, yük dövriyyəsi isə 5 609,2 ton km təşkil edib.