BAKI, 12 dekabr. TELEQRAF
Azərbaycanda metro nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,8 faiz azalaraq 205 milyon nəfər olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında metrodan 205 milyon 015,5 min sərnişin istifadə edib.
Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 2 milyon 414,3 min km təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə metroda sərnişin dövriyyəsi 2 milyon 464 min km idi.