BAKI, 26 noyabr. TELEQRAF
"Əminik ki, yalnız əməkdaşlıq və vahid standartlar vasitəsilə Asiya və Avropa arasında quru təchizat zəncirlərinin davamlılığını və rəqabət qabiliyyətini təmin edə bilərik".
Teleqraf xəbər verir ki, bu barədə Dəmir Yolları arasında Əməkdaşlıq Təşkilatının (OSJD) rəhbəri Miroslav Antonoviç Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib:
"Diversifikasiya nəqliyyat əlaqələrinin səmərəliliyini və marşrutların dayanıqlığını artırır, həmçinin ticarətin inkişafına müsbət təsir göstərir. Bu isə bizdən hüquqi rejimlərin – məsələn, SMPS və SMGS-in – daha sürətli harmonizasiyasını və daşımaların rəqəmsallaşdırılmasını tələb edir".