BAKI, 26 noyabr. TELEQRAF
Azərbaycan və Rusiya “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə 1 yanvar 2028-ci ildən etibarən yük dövriyyəsini 5 milyon tona çatdırmağı, sonrakı mərhələdə isə bunu illik 15 milyon tona yüksəltməyi planlaşdırırıq.
Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.
Nazir bildirib ki, koridorun Azərbaycan hissəsində infrastrukturun yenilənməsi üzrə işlər fəal şəkildə davam edir. Cari ilin sonunadək Sumqayıt–Yalama xəttinin rekonstruksiyası tamamlanacaq. Paralel olaraq Ələt–Astarа xəttində tikinti və bərpa işləri aparılır:
“Şimal–Cənub” dəhlizinin inkişafı üçün Azərbaycan həmçinin İran İslam Respublikası ilə sıx əməkdaşlıq həyata keçirir. Cari ilin əvvəlində Azərbaycan Dəmir Yolları ilə İran Dəmir Yolları arasında Astarа terminalının tikintisi və istismarı üzrə müqavilənin icrasına dair strateji əməkdaşlıq planı imzalanıb. Sənəd “Şimal–Cənub” dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
İran ərazisində yerləşən və 25 il müddətinə Azərbaycana uzunmüddətli istifadəyə verilmiş Astarа terminalının tikintisi üzrə böyük həcmdə iş görülüb. Terminalın tikintisini 2026-cı ilin sonuna qədər tamamlamağı planlaşdırırıq".