BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycan, İran və Rusiya arasında gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrup yaradılıb.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb.
Görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd edilib.