BAKI, 14 oktyabr. TELEQRAF
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrup yaradılıb.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb. Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə edilib.