BAKI, 2 sentyabr. TELEQRAF
3 sentyabr tarixində saat 08:00-dan etibarən Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Qeyd edək ki, bu məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.
Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.
***
Sentyabrın 2-də saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.
Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.