AĞDAM, 30 avqust. TELEQRAF

"Horadiz-Ağbənd dəmiryolu xəttinin Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq".

Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə bildirib.

"Bildiyimiz kimi, cənab prezidentin bu ayın əvvəlində ABŞ-yə səfəri çərçivəsində Ermənistan Respublikasının ərazisindən keçməklə Naxçıvanla birbaşa əlaqəni təmin edəcək nəqliyyat xəttinin tikintisi barədə razılıq əldə edilib. Zəngəzur dəhlizinin yaradılmasını zəruriləşdirən bu tarixi uğur bizim işimizi stimullaşdırır. Horadiz-Ağbənd xəttinin tikintisinin tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq", -deyə o qeyd edib.