BAKI, 23 iyun. TELEQRAF
Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrut xəttində avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu “King Long” markalı avtobus xəttə buraxılıb.
Avtobuslar ekoloji təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda artıq nağdsız ödəniş sistemi tətbiq olunur.
Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq.