BAKI, 3 iyun. TELEQRAF

"AZCON Holding"in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyunun 4-dək Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.

ADY-dən Teleqraf-a verilən məlumata görə, sərgi çərçivəsində ziyarətçilər şirkətin beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən dəmiryol layihələri, infrastruktur quruculuğu, dayanıqlılıq sahəsində fəaliyyəti, xidmətləri və tətbiq etdiyi rəqəmsal həllər, həmçinin Bakı Limanı barədə ətraflı məlumat əldə edə bilərlər.

ADY stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Şirkət nümayəndələri hər kəsi stendi ziyarət etməyə dəvət edir.