BAKI, 21 may. TELEQRAF

Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin ölkədə inkişafın növbəti mühüm addımı kimi rəsmi açılışı oldu. Kompleksin gecə görüntüləri həm texnoloji mükəmməlliyi, həm də müasir dizaynı ilə göz oxşayır. İşıqlar altında parlayan yeni infrastrukturlar regionun yenidən dirçəlməsi və inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu layihə, həmçinin, Ağdamın bərpası və Azərbaycanın nəqliyyat sektorunun inkişafı baxımından da mühüm addım kimi qiymətləndirilir.

Teleqraf yeni Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin gecə görüntülərini təqdim edir.