
BAKI, 14 aprel. TELEQRAF
Pakistanın PIA (Pakistan International Airlines) aviaşirkəti aprelin 20-dən etibarən Lahor-Bakı aviareyslərini bərpa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Şirkət qeyd edib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.