BAKI, 9 aprel. TELEQRAF
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin "Netivei Israil” yol infrastrukturu şirkətinin rəhbərliyi ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat yayıb.
Görüşdə İsrailin şəhər nəqliyyatının idarəedilməsi də daxil olmaqla, avtomobil və dəmiryolu sahəsində icra olunan layihələrə dair təqdimatlar olunub, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.
Eyni zamanda İsrail tərəfi Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.
