BAKI, 22 mart. TELEQRAF
Astara rayonunda 1967-ci il təvəllüdlü Əli əmisi oğlu Abbasa (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonun kəndlərindən birində baş verib. Əli evinin yaxınlığında yerləşən yolda qonşusu və əmisi oğlu Abbas ilə mübahisə edib.
Mübahisə zamanı o, Abbasın baş və üz nahiyyəsinə şillə, yumruq zərbələri vurub, həmçinin boğaz nahiyyəsinə cırıb.
Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs barışdılqarını elan ediblər.
Zərərçəkən deyib ki, əmisi oğlu ondan üzr istəyib, onunla barışıq əldə edib. O, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü deyib.
Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alınıb, onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.