BAKI. 16 iyul. TELEQRAF
2025-ci ildə ABŞ-də 26 nəfərin ölüm hökmü icra edilib.
Teleqraf xəbər verir ki, bu, 2015-ci ildən sonra ən yüksək göstəricidir.
Ölüm hökmünün icrasındakı bu artım tempi artıq insan hüquqları ilə məşğul olan dairələrdə narahatlığa səbəb olub.
Qeyd edək ki, ötən gün, 15 iyul tarixində 54 yaşlı Maykl Bell edam edilib. Onun cəzası Reyford şəhərindəki həbsxanada ölümcül inyeksiya vurulmaqla həyata keçirilib.
Ölüm kamerasında 30 ildən çox vaxt keçirmiş Bell hələ 1993-cü ildə Ceksonvildə iki gəncin - Cimmi Uestin (23 yaş) və Tameki Smitin (18 yaş) qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. İstintaq müəyyən edib ki, kişi gənclərdən birini qardaşının ölümündə günahkar hesab etdiyi şəxslə səhv salıb.