BAKI, 22 aprel. TELEQRAF
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Teleqrtaf xəbər verir ki, Ali Məhkəmədə Elçin Quliyevin vaxtından əvvəl cəzadan azad edilməsi şikayəti rədd edilib.
Qeyd edək ki, Elçin Quliyev vaxtından əvvəl məhkəməyə müraciət edib. Məhkum Quliyev eyni qaydada-cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq, cəzadan şərti olaraq azad edilməsini xahiş edib.
Onun müraciətinə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli baxıb. Amma hakim məhkumun müraciətini yenə əsaslı hesab etməyib. Generalın həbsinin davamına qərar verilib.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. General külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələbetmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər ittihamı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.