BAKI, 4 aprel. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham olunan kikboksçuların həbs müddəti uzadılıb.

Teleqraf-ın məlumatına görə, bu barədə qərarı Xətai Rayon Məhkəməsi qəbul edib.

Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha bir ay artırılıb.

Zərərçəkmiş Fuad Zeynalov bildirib ki, idmançılarla barışıq əldə olunub və onları bağışlayıb. Yaxın günlərdə iş üzrə ilkin istintaqın başa çatacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.