.png)
BAKI, 22 mart. TELEQRAF
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalov barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, martın 22-də Suraxanı Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və K.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.