BAKI, 14 mart. TELEQRAF

Bu gün “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçı direktoru Alpay Məmmədsaxlanılıblar.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Bəşir Süleymanlıya 3 ay 28 gün, Alloay Məmməd isə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.