
BAKI, 27 fevral. TELEQRAF
“Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.
Teleqraf xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərlik etdiyi prosesdə Qarabağda qondarma separatçı rejimin “prezidenti” olmuş Arkadi Qukasyan bildirib.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər "keçmiş prezident" Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik. Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.
A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.