QAZAX, 26 fevral. TELEQRAF

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai-asayişi nümayişkəranə şəkildə pozan sürücüləri saxlayıblar.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Coşqun və Nuran Məmmədovlar idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək, görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Onların barəsində polis əməkdaşları tərəfindən protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxslər sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə, 15 sutka həbs olunublar.