Mərkəzi Bank “FİNCA Azerbaijan” barədə protokol tərtib edib.
Teleqraf-ın məlumatına görə, buna səbəb kredit təşkilatının İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinin tələblərini pozmasıdır.
İnzibati xəta haqqında protokoldan görünür ki, “FİNCA Azerbaijan” tərəfindən bu ilin oktyabrında kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında 30.000 ədəd (3.000.000 manat məbləğində) istiqraz yerləşdirilsə də, baza emissiya prospektini və bu buraxılış üzrə MEAS sistemində ictimaiyyətə açıqlanması vaxtında təmin etməyib.
Protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “FİNCA Azerbaijan” 2 000 manat məbləğində cərimə edilib.