BAKI, 4 noyabr. TELEQRAF
“Bildiyimiz kimi, 2026-cı ildə vergilərə güzəşt müddəti bitir. Hökumət tərəfindən müvafiq addım atılmasaydı, 2026-cı ildə 14 və 25 faizlik rəqəmlər qüvvəyə minəcəkdi. Amma ciddi bir güzəşt yenidən irəli sürüldü. 2500 manata qədər əməkhaqqıdan cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Biz ümumi fiskal yükü tənzimləyirik. Azərbaycanda əvvəllər fiskal yük 50-52 faizə qədər gedib çıxırdı”.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deputatların çıxışlarına münasibət bildirərkən deyib.
O bildirib ki, hazırladığımız yeni layihə ilə bunu daimi dərəcələrlə tətbiq edirik:
“2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikislənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadəkk 10 %, 8000-dan yuxarı isə 14% olaarq müəyyən olunacaq.Bunun özü də çox böyük bir güzəştdir”.