![](https://teleqraf.az/storage/2025/02/11/715x378/gjgxvklxmaakniu.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə büdcəsi təsdiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib. Müzakirələrdən sonra şirkətin 2025-ci il üzrə büdcəsi təsdiq olunub.
İclasda həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.