Azərbaycanda aqrar sığortanın əhatə dairəsi genişləndirilir.

Bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirə çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Teleqraf-ın Mərkəzi Aran bürosunun sualına cavab olaraq deyib.

S.Səfərli bildirib ki, sığorta paketində bitki çeşidlərinin sayının artırılması hədəflənib.

"Bildiyimiz kimi, Dövlət Proqramı çərçivəsində əsas məqsədlərimizdən biri qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Artıq ölkə başçısının sərəncamı ilə müvafiq fərmanlara dəyişikliklər edilib. Bu da Aqrar Subsidiya Şurasına bitkilərin çeşidlərinin sayını artırmaq, risk meyarlarını qiymətləndimrməyə və əkin sahələrinin sığortalanmasının genişləndirməyə imkan verir", - deyə qeyd edib.