AĞDAŞ, 12 iyun. TELEQRAF

Aqrar Subsidiya Şurasının iyun ayında verdiyi qərara əsasən, fermerlər hər hansı bir fəaliyyət sahəsi ilə məşğul olmaq istədikdə banklardan kredit götürə bilərlər. Bu bitkilərin siyahısı artıq bizim üçün müəyyənləşdirilib.

Bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirə çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Teleqraf-ın Mərkəzi Aran bürosunun sualına cavab olaraq deyib.

Onun sözlərinə görə, bunlar birillik bitkilərdir, tədricən bu bitkilərin siyahısı genişləndiriləcək:

"Fermerlər ilin sonunda nə qədər vəsait götürübsə, onu geri qaytarır. Subsidiya, yəni 19%-ə qədər olan hissəsi dövlət tərəfindən qarşılanır".