GÖYGÖL,12 iyun. TELEQRAF

Aqrar sığorta paketinə quşçuluq və kənd təsərrüfatına aid digər sahələr daxil edilə bilər.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu fikirləri 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

"Aqrar sığorta kənd təsərrüfatının ən riskli sahələrindən biridir. Burada həm iqlim, həm də təbii şəraitlə bağlı risklər çoxdur. Aqrar sığorta ilə bağlı son beş ildə işlək bir sistem formalaşıb. Yeni Dövlət Proqramı bu sistemin əhatəsini, predmetini genişləndirməyi hədəfləyir", - deyə bildirib.

Nazir müavini əlavə edib ki, sığorta olunan əkin sahələrinin 1 mln hektara, sığortalanmış heyvan sayının isə 100 min başdan yuxarı çatdırılması hədəflənib.