BAKI, 12 iyun. TELEQRAF

2025-ci ilin dövlət büdcəsindən "Əkin subsidiyasının verilməsi" üçün 290 milyon manat, tədarükçülərə təhvil verilən bitkiçilik məhsullara görə "Məhsul subsidiyasının verilməsi" üçün 72 milyon manat xərclənib.

Teleqraf "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, "Barama subsidiyasının verilməsi" üçün 1,1 milyon manat, "Heyvan subsidiyasının verilməsi" üçün 10,3 milyon manat, "Toxum subsidiyasının verilməsi" üçün 8,4 milyon manat vəsait ödənilib.

Bundan əlavə texnoloji avadanlıqların və suvarma sistemlərinin qiymətlərinə güzəştlərin tətbiq edilməsi üçün büdcədən 80 milyon manat, ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların satış qiymətinə güzəştin tətbiq edilməsi üçün 16,2 milyon manat, habelə ərzaqlıq buğda istehsal etmək məqsədilə müasir suvarma sistemlərini qurmaq istəyən təsərrüfatlara həmin sistemlərin alınması məqsədilə güzəştlərin tətbiq edilməsi üçün 11 milyon manat vəsait yönəldilib.

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunaraq tədarükçülərə təhvil verilən ərzaqhq buğdaya məhsul subsidiyasının ödənilməsi üçün 12,6 milyon manat vəsait ayrılmışdır.

Həmçinin ərzaqlıq buğdanın təhvil verilməsi dövründə orta idxal statistik göstəricisi dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin istehsalçıya kompensasiya edilməsi üçün 2,6 milyon manat vəsait ayrılıb.