BAKI, 12 iyun. TELEQRAF

2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlara büdcədən 19,3 milyon manat xərclənib.

Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Qeyd edilir ki, ötən il tələbə qəbulu ilə bağlı keçirilən imtahanlara büdcədən xərclənən vəsait 2024-cü illə müqayisədə 0,4 milyon manat və ya 2,1 faiz çoxdur.