BAKI, 12 iyun. TELEQRAF

Azərbaycan Dəmir Yollarının (ADY) İran ərazisində yerləşən Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm həlqələrindən biri kimi tranzit daşımalarında rolunu gücləndirməkdə davam edir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin yanvar-may aylarında terminalda 346 min tondan çox yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur.

Bildirilib ki, hazırda terminalda tikinti işləri yekunlaşmaq üzrədir. Astara Terminalı tam gücü ilə fəaliyyətə başladıqdan sonra illik 3,5–4 milyon ton yükötürmə imkanına malik olacaq və regional yükdaşımaların genişlənməsinə töhfə verəcək.