BAKI, 11 iyun. TELEQRAF

Gəncədə yolların əsaslı təmiri üçün 5 milyon manata yaxın vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu barədə açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə 4 milyon 904 min 710,12 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 7-nə təyin olunub.