BAKI, 11 iyun. TELEQRAF

Azərbaycanda təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması üçün 2 milyon manatdan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə 2 milyon 63 min 371,55 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 22-nə təyin olunub.