BAKI, 25 fevral. TELEQRAF

Ötən il Azərbaycanın üzüm istehsalında ən çox məhsul yığımı Qazax-Tovuz iqtisadi rayonunun payına düşüb. Bu bölgə üzrə istehsal ölkənin ümumi üzüm istehsalının 38,8%-ni təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bölgədə ümumilikdə 81 min 818,8 ton üzüm istehsal edilib. Hər hektardan 226 sentner məhsul götürülüb. Ümumilikdə bölgə üzrə istehsal 2024-cü ilin göstəricisindən 1,42% çox olub.

Dağlıq Şirvanda 25 min 6,8 ton, Lənkəran-Astarada 20 min 33,2 ton, Gəncə-Daşkəsəndə 17 min 549,8 ton üzüm yığılıb.

Bundan əlavə, Şirvan-Salyanda 11 min 448,6 ton, Şəki-Zaqatalada 11 min 160 ton, Bakıda 9 min 67,2 ton, Qarabağda 8 min 172,6 ton, Naxçıvanda 7 min 628,5 ton, Mil-Muğanda 6 min 447 ton, Mərkəzi Aranda 6 min 84,7 ton, Quba-Xaçmazda 5 min 500,4 ton, Abşeron-Xızıda 695,4 ton, Şərqi Zəngəzurda isə 239,7 ton məhsul yığımı reallaşdırılıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 210 min 852,7 ton üzüm istehsal edilib. 2024-cü illə müqayisədə ötən il üzüm istehsalında 2,80% artım qeydə alınıb.