BAKI, 21 fevral. TELEQRAF
2025-ci ildə Azərbaycanda hər hektardan 36,1 sentner məhsuldarlıqla ümumilikdə 362 min 882,8 ton pambıq istehsal edilib. 2024-cü illə müqayisədə istehsalda 16,75% artım qeydə alınıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə pambıq istehsalının əsas hissəsi Mil-Muğan iqtisadi rayonunun payına düşüb. Bu regionda 145 min 117,4 ton pambıq istehsal olunub.
Hesabat ilində Şirvan-Salyan iqtisadi rayonunda 95 min 79,6 ton, Qarabağda 91 min 609,3 ton, Mərkəzi Aranda 25 min 46,8 ton, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 6 min 29,6 ton pambıq istehsal edilib.