BAKI, 16 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 11 milyard 514 milyon 966.53 min dollar dəyərində 22 milyon 132 min 445.56 ton xam neft və xam neft məhsulları ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 6,5 milyard dollar dəyərində 12 milyon 670 min 719.72 ton neft ixrac edilib.

İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 405 min 59.25 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 742 milyon 159.08 min dollar olub.

Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 1 milyon 255 min 21.16 ton xam neftin statistik dəyəri 666 milyon 587.01 min dollar təşkil edib.

Bundan əlavə, Rumıniya 1 milyon 43 min 111.41 ton ( 559 milyon 691.19 min dollar ), Almaniyaya isə 956 min 716.48 ton (502 milyon 18.65 min dollar ) həcmində xam neft ixrac olunub.