BAKI, 16 dekabr. TELEQRAF

Mərkəzi Bank iki kredit ittifaqı təşkilatına -“Hacıoğlu Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yeni Daşkənd Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə icrası məcburi göstəriş verib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, hər iki təşkilat tərəfindən cari ilin III rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilib.