BAKI, 5 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində FIFA-nın yeni təsis edilmiş Sülh Mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, mükafat 2025-ci ilin noyabrında yaradılıb və Tramp onun ilk laureatı olub.

2026-cı il dünya çempionatı üç ölkədə ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnir tarixində ilk dəfə 48 milli komanda iştirak edəcək.