BAKI, 30 noyabr. TELEQRAF
“Red Bull” pilotu Maks Ferstappen Formula 1 mövsümünün 23-cü raundu – Qətər Qran-Prisinin qalibi olub.
Teleqraf xəbər verir ki, niderlandlı sürücü Lusail trasında keçirilən yürüşdə rəqiblərini qabaqlayıb.
“Maklaren”in pilotu Oscar Piastri ikinci, “Uilyams”dan Karlos Sains isə üçüncü olub.
Qeyd edək ki, növbəti yarış dekabrın 7-də Əbu-Dabidə keçiriləcək.