QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF

“Birinci hissədə bəzi mövqelərdə sıxıntılarımız var idi. İkinci hissədə isə xarakterimizi göstərərək inamlı qələbə qazandıq”.

Teleqraf xəbər verir ki, bunu U-16 Azərbaycan millisinin futbolçusu Roman Fərzəli III MDB Oyunlarının yarımfinalında Qırğızıstanı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın ev sahibliyi etdiyi turnirdə çempion olacaqlarına inandığını söyləyib: “Çempion olacağımıza inanıram, çünki sona qədər mübarizə aparacağıq. Finalda rəqibimizin Rusiya olmasını istəyirəm. Onlardan qisasımızı alacağıq”.