BAKI, 29 May. TELEQRAF

Latviya yığmasının iyunun 7-də evdə Azərbaycan millisinə qarşı yoldaşlıq görüşü və iyunun 10-da Albaniya ilə DÇ-2026-nın seçmə oyunu üçün heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Ciqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;
Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;
Hücumçular: Yanis Ukauniek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.