BAKI, 19 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (İMQ) aprelin 17-də Livanın cənubunda gedən döyüşlər zamanı yaralanan bir əsgərin öldüyünü bildirib.

Teleqraf xəbər ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "Əsgər Livanın cənubundakı döyüş əməliyyatları zamanı aldığı yaralardan ölüb. Cümə günü eyni hadisə nəticəsində iki əsgər orta dərəcəli, digər bir əsgər isə yüngül xəsarət alıb".

Xatırladaq ki, 16 apreldə ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.