BAKI, 18 aprel. TELEQRAF

ABŞ ordusu yaxın günlərdə beynəlxalq sularda İranla əlaqəli tankerləri və ticarət gəmilərini ələ keçirməyə hazırlaşır və dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara çıxarır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal"ı məlumat yayıb.

Sayt yazır ki, İran ordusunun Hörmüz boğazına nəzarəti gücləndirməyə davam etməsi ABŞ-ni konkret addımlar atmağa vadar edir.