BAKI, 5 sentyabr. TELEQRAF
Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.