BAKI, 13 aprel. TELEQRAF
Yekaterinburqun (Rusiya) Kirov rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskiyə növbəti məhkəmə hökmü oxunub.
Teleqraf xəbər verir ki, məhkəmənin qərarı ilə Ş.Şıxlinski 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökm də nəzərə alınmaqla, o, 24 il müddətinə həbs edilib.
Hökmdə qeyd edilib ki, Şahin Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək. Onun oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə ümumi rejimli koloniyada cəza alıb.
Qeyd edək ki, martda Şahin Şıxlınski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsd işi üzrə artıq 22 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilmişdi. Ümumilikdə onun yekun cəza müddəti 24 il təşkil edib.