AĞDAŞ, 10 dekabr. TELEQRAF

Ağdaşda piyadanı maşın vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Ləki qəsəbəsində baş verib.

Avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü piyada Qarayev Vüqar Səlim oğlunu vurub.

Müxtəlif bədən xəsarərləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.