ŞƏMKİR, 10 noyabr. TELEQRAF
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Məhərrəmov idarə etdiyi "VAZ"-2107 markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub.
Yaralı hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb