BAKI, 24 sentyabr. TELEQRAF
Türkiyənin Balıkesir vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:27-də Sındırqı bölgəsində qeydə alınıb.
Zəlzələnin ocağı Yerin 7 kilometr dərinliyində olub.