BAKI, 4 sentyabr. TELEQRAF
Azərbaycan Ordusunun hərbi qulluqçusu Mirzəyev Nurəddin Nadiq oğlu sentyabrın 4-də VAZ-2106 markalı şəxsi avtomobildə hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.
Məryəm Surxay
***
12:10
ŞƏMKİR, 4 sentyabr. TELEQRAF
Şəmkir rayonunun Dəllər qəsəbəsində yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəsəbə sakini, "N " saylı hərbi hissənin giziri, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili körpüdən aşırıb.
Nəticədə sükan arxasında olan Nurəddin Mirzəyev dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.