BAKI, 9 avqust. TELEQRAF

Fransada son 50 ilin ən böyük yanğını nəzarət altına alınıb.

Teleqraf xəbər verir ki, Narbonn şəhəri ətrafında baş verən yanğının tam söndürülməsi yalnız bir neçə gündən sonra mümkün olacaq.

Yanğının söndürülməsinə 2000-dən çox yanğınsöndürən və 200 jandarma cəlb edilib. Çərşənbə axşamı Od departamentində başlayan yanğın artıq 17000 hektardan çox bitki örtüyünü, o cümlədən 800-900 hektar üzüm bağlarını məhv edib. Bir qadın yanğında həlak olub, on nəfərdən çox insan xəsarət alıb. Yerli prefektin sözlərinə görə, təxliyə edilmiş təxminən 2000 sakin evinə qayıda bilmir.